Accessibility links

İrandan quş və quşçuluq məhsulları gətirilməsinə qadağa qoyulub


İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub, aidiyyəti qurumlar bu haqda məlumatlandırılıb.

Bu məlumatı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBX) yayıb.

Məlumatda deyilir ki, dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) "quş qripi" xəstəliyi qeydə alınıb

DBX-i bu sahədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edir və hazırda bu xəstəliyin Azərbaycanla həmsərhəd İran dövlətinin bir çox regionlarında müşahidə olunduğunu bildirir.

"Qonşu ölkədən verilən məlumata görə, İranda quşlar arasında "quş qripi" virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Həmçinin hər gün bu xəstəliyin yayıldığı bildirilir", DBX qeyd edir.

Xidmət bildirir ki, hazırda "quş qripi" və digər yoluxucu xəstəliklərlə bağlı Azərbaycanda vəziyyət sabitdir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG