Accessibility links

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək


Dekabrın 4-ü Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək. Müşavirə iki gün davam edəcək.

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında yazılır.

Məlumatda bildirilir ki, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirliklərinin rəhbərləri 7-ci dəfə görüşəcəklər.

Nazirlər Xəzərin hüquqi statusu haqqında Konvensiyayanı, iqtisadiyyat, nəqliyyat, dənizçilik, brakonyerlərlə mübarizə və başqa sahələrdə beştərəfli əməkdaşlığı tənzimləyən sənədləri nəzərdən keçirməlidirlər.

Bundan başaq, əsas vəzifələrdən birinin Qazaxıstanda keçiriləcək beşinci Xəzər sammitinə hazırlıq olduğu bildirilir.

Xatırlatma

Xəzərin statusu ilə bağlı məsələ karbohidrogen ehtiyatlarının istifadə olunması ilə bağlı gündəliyə gəlib.

1997-ci ildə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsi məsələsində razılığa gəliblər.

Ancaq Azərbaycanın Türkmənistan və İranın mövqeləri fərqlənir. Onlar Xəzərin bərabər şəkildə bölünməsində israr edir. Azərbaycan isə SSRİ ilə İran və keçmiş müttəfiq Respublikalar arasındakı bölgünü əsas götürür.

XS
SM
MD
LG