Fevralın 25 -də axşam saatlarında İranın Liman və Dəniz Administrasiyasından Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin (Xəzər dənizinin Azərbaycana aid hissəsində olarkən) 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.