Accessibility links

Xorvatiyanın sabiq baş naziri korrupsiya ittihamı ilə həbs edilib


Korrupsiya ittihamı ilə üzləşən Xorvatiyanın sabiq baş naziri İvo Sanader həbs edilib, çünki Ali Məhkəmə həbs cəzası müddətini Sanaderin cəzasını həbsxanada çəkməsi üçün tələb olunan səviyyədən yuxarıya qaldırıb.

Sanader həbsxanaya cümə axşamı evindən aparılıb.

2017-ci ildə aşağı instansiyalı məhkəmə Sanaderə 4 il yarım həbs hökmü çıxarmışdı. Bu isə Ali Məhkəmənin qərarını gözləyən müddət ərzində həbsxanaya göndərilmək üçün tələb olunan 5 illik həbs cəzasından az idi.

Ali Məhkəmə hələ ki, hökmü ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verməsə də, Xorvatiya mediası Sanaderin 6 il həbs cəzasına məhkum edildiyini bildirıb.

2003-cü ildən 2009-cu illərdə baş nazir vəzifəsində çalışan Sanader o vaxt vəzifəsindən heç bir izahat vermədən istefa verib və ona qarşı irəli sürülən ittihamları rədd edib.

Məhkəmə işində Sanaderin 2008-ci ildə rüşvət aldığına dair məsələyə baxılıb. Belə ki, o, partiyadakı həmkarının sahib olduğu bir tikilinin bazar qiymətindən daha artıq qiymətə nazirliyə satılmasına yardım etməkdə ittiham olunub.

XS
SM
MD
LG