Afrikadan olan təxminən 280 min qaçqın Yəməndə yaşayır və onlar dünyanın ən yoxsul və həssas insanları sırasındadır. Yardım təşkilatları bu pandemiya zamanı beynəlxalq dəstəyin demək olar ki, tükəndiyini, qaçqın ailələr isə çox çətinliklə sağ qaldıqlarını, aclıqdan çox virusa yoluxmağa üstünlük verdiklərini deyirlər.
Təsəvvür edin, o qədər ağır və təhlükəli bir yerdə yaşayırsınız ki, müharibə şəraitində, aclıq və vəba kimi xəstəliklərin baş alıb getdiyi, dünyanın ən kasıb ölkələrindən biri olan Yəmənə qaçmalı olursunuz. Və bir də bunu təsəvvür edin - Yəməndə mühacirsiniz və birdən vəziyyət daha da ağırlaşır. Ayə Məhəmməd Osman: “Pandemiya bizə çox təsir etdi. Anamın daimi işi yoxdur, o, ev yığışdırır. Lakin O, indi də, koronavirus zamanı da evləri təmizləyir. Lakin bəziləri qapını açmır, onu təhqir edib qovurlar."
Yəmən Keniyadan sonra dünyada ən çox Somali qaçqınları olan ölkədir. Lakin yardım işçiləri deyirlər ki, dünya iqtisadiyyatı pandemiyanın təsirinə məruz qaldığı üçün yardımlar beynəlxalq fondların digər ehtiyaclarına yönəldilir.
BMT-nin Qaçqınlar Agentliyi qaçqınlar üçün pul və sığınacaqların yay aylarında tükənə biləcəyini və yəmənlilərin maddi cəhətdən əziyyət çəkdikləri bir zamanda 1500 yerli işçinin işdən azad olacağını bildirib.
Ailələr pandemiyanın insanları daha da yoxsullaşdırdığını və virusu potensial şəkildə yaydığını deyir. "Anam evdə qalarsa, bizi yedizdirə bilməz, işə gedərsə, koronavirusu evimizə gətirə bilər" - deyə, Ayə Məhəmməd Osman bildirir.
İyunun 24-də Yəməndə koronavirusa yoluxma hallarının 1000-dən az olduğu bildirilsə də, yardım qrupları həqiqi sayın daha çox olduğunu və artmaqda davam etdiyini deyir.
Yəməndə virusun yayılmasının qarşısını almaq üçün tədbirlər məhduddur. Yoluxmaya bir çox insanın sosial məsafə qaydalarına riayət etməməsi və təmiz qalmaması yol açır.
Humanitar yardın təşkilatlarının dediyinə görə, Yəməndə pandemiyanın yayılmasına səbəb çox ehtimal ki, beş il davam edən müharibə zamanı minlərlə xəstəxananın dağılması və ən vacib tibbi avadanlıqların çatışmazlığı ola bilər.