Accessibility links

Yəmən uşaqları


Yəmən uşaqları
please wait
Embed

No media source currently available

0:00 0:02:29 0:00

Martın 26-sı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndəki Husi üsyançılarına qarşı apardığı kampaniyanın 4-cü ildönümüdür. İnsanların yaşadığı yerlərdən qaçması, ərzaq çatışmazlığı, mülki vətəndaşlar arasında ölüm hallarının artması və uşaqların inkişafına zərbə kimi hallara görə BMT Yəmən müharibəsini “dünyanın ən dəhşətli humanitar böhranı” adlandırır. BMT-nin hesablamalarına görə, Yəməndə hər gün azı 10 uşaq aclığın səbəb olduğu xəstəliklərdən ölür.

Bu oğlan uşağı pul qazanmaq ümidi ilə hər gün günortadan sonra Yəmənin paytaxtı Sənadakı qəbristanlığa gəlir. Əhməd Əl-Hamadinin 13 yaşı var. “Biz yalnız dəfn mərasimi olanda işləyə bilirik. Kimsə ölməyəndə bir qəbirlərin arasında gəzir, oyun oynayırıq.”

15 yaşlı Yasir Əl-Ərbani hər gün məktəbdə cəmi 3 saat olur. Günortadan sonra isə iş axtarmaqla məşğul olur. “Mən səhər yuxudan oyanıb, saat 8-də məktəbə gedirəm. Saat 11:30-a qədər. Oradan babamın evinə gedirəm. Yeməyimi bəzən evdə, bəzən də babamın evində yeyirəm. Günortadan sonra isə qəbristanlığa gedirəm. Hərdən qəbirləri təmizləmək, hərdən sulamaq gərək olur. Bu işi mən cümə gününə qədər edirəm. Cümə günləri isə su satıram.”

Əhməd və Yasir məktəbə hər səhər bir neçə saatlıq gedir. BMT-nin hesablamalarına görə, 2015-ci ildən bəri Yəməndə 2 milyona qədər uşaq məktəbi tamamilə atıb. Bəzi 10 yaşdan az olan 2 min 500 oğlan uşağı döyüşlərə cəlb edilib, 15 yaşadək qızların çoxu isə ərə verilib.

UNICEF təşkilatının keçən il açıqladığı hesabatında ölkədə 2 500-dən çox məktəbin bağlandığı, onlardan çoxunun döyüşlər zamanı dağıldığı, bir hissəsində ya qaçqınların məskunlaşdığı, ya da hərbi məqsədlər üçün istifadə edildiyi bildirilmişdi. Ölkədə uşaqların vəba kimi xəstəliklərə yoluxma qorxusu var. “Biz onu müayinə etdik. Deyilənə görə o, vəba xəstəliyinə tutulmuşdu. Hazırda o, müalicə olunur və özünü daha yaxşı hiss edir” - deyə, xəstə qızın atası bildirir.

Səna xəstəxanalarında belə xəstələri müalicə üçün təchizat və dərman yoxdur. Ucqar kəndlərdə isə ərzaq çatışmazlığı üzündən vəziyyət daha ağırdır və körpələr ölümlə üzləşir.

“Uşaqları Qoruyun” təşkilatının hesablamalarına görə, Yəməndə 5 yaşdan aşağı 85 min uşaq acından ölüb. Yəmən sakinlərinin 80 faizi, yəni 24 milyon insanın hazırda humanitar yardıma ehtiyacı var. Bir milyon insan isə döyüş yerlərindən qaçmalı ölüb.

XS
SM
MD
LG