Accessibility links

Yəmən hökuməti İran generalının öldürülməsini müsbət qarşılayıb


Cümə günü Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən hökuməti İranın yüksək səviyyəli komandiri Qasim Süleymaninin öldürülməsinin bölgədəki münaqişəyə son qoyulması üçün əhəmiyyətli bir addım olduğunu bildirib.

Bunu ABŞ İranın Yaxın Şərqdəki hərbi təsirinin memarı Süleymanini İraqda hava hücumu zamanı öldürməsindən sonra, Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin informasiya naziri Müəmmar Əl-İryaninin Twitter səhifəsində yazıb.

Səudiyyə Ərəbistanının dəstəklədiyi hərbi ittifaq təxminən beş ildir Yəmən hökumətinə İranın arxasında durduğu Husi hərəkatına qarşı mübarizədə yardım edir. İran isə illərdir Süleymaninin regionda idarə etdiyi qruplaşmaların dəstəyi ilə Birləşmiş Ştatların düşməni olan Husi hərəkatına yardım edir.

İranın dəstəklədiyi Husi üsyançılarının 2014-cü ildə paytaxt Səna şəhərini ələ keçirməsi nəticəsində Əbdrrəbu Mənsur Hadi Səudiyyə Ərəbistanına sığınmağa məcbur edilmişdi.

Şərhlərə bax

XS
SM
MD
LG