Accessibility links

Yəməndə xroniki aclıq yaşanır


BMT-nin Dünya Ərzaq Proqramı (WFP) Yəməndə aclıq çəkən milyonlarla insana təcili yardım göstərilməsinə çağırıb. Qurum son 3 il ərzində ağırlaşan vəziyyətin milki əhalini aclıq astanasına gətirdiyini bildirib.

Vəziyyət bu şəkildə davam etsə, ən adi ərzaq yardımına ehtiyacı olan əlavə 3.3 milyon, ümumilikdə isə 12 milyon yəmənli aclıqla üzləşəcək

WFP Yəmənin dünyada ən ağır aclıq böhranı keçirdiyini bəyan edib.

Təşkilatın hesabatında deyilir ki, 18 milyonluq əhalinin üçdə iki hissəsi nə zaman yemək yeyəcəyini bilmir.

Dünya Ərzaq Proqramı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənin liman şəhəri Hodeyda uğrunda apardığı kampaniyanın yarım milyon insanı evlərindən didərgin saldığını bildirib.

Təşkilatın sözçüsü Herve Verhusel insanların evlərini tərk etməsinin Yəmən valyutasının dəyər itirdiyi bir vaxta təsadüf etdiyini və bununla ən adi ərzaq mallarının qiymətinin kəskin yüksəldiyini bildirib.

“Vəziyyət bu şəkildə davam etsə, ən adi ərzaq yardımına ehtiyacı olan əlavə 3.3 milyon, ümumilikdə isə 12 milyon yəmənli aclıqla üzləşəcək” , Verhusel deyib.

BMT 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hutilərə qarşı müharibəsi nəticəsində əksəriyyəti uşaq olmaqla 16 milyon insanın ya həlak, ya da yaralandığını bildirir. Təşkilat 400 mindən çox uşağın yetərincə qidalanmadığını deyir.

XS
SM
MD
LG