Accessibility links

Yahoo internet şirkəti işçi qüvvəsinin 15 faizini ixtisar edir


Yahoo internet şirkəti böhrandan çıxmaq üçün strategiyasının bir hissəsi kimi işçi qüvvəsinin 15 faizini ixtisara salır.

Çoxdandır gözlənilən və dünən elan edilən ixtisarlar nəticəsində dünya boyu 1500 iş yeri və bəzi ofislər bağlanacaq, bəzi obyektlər satılacaq.

Şirkətin baş meneceri Marissa Mayer Yahoo-nun bəzi istifadəsiz xidmət növlərini təxminən 1 milyard dollara satacağına ümid edir. Lakin bunun hansı xidmətlərdən ibarət olduğunu açıqlamayıb.

Mayerin daha çox satış və reklamlar cəlb etmək məqsədi ilə 40-dan çox şirkətin alınması üçün 3 milyard dollardan çox vəsait xərcləməsi, yeni istedadlı kadrları cəlb etməsi, mobil aplikasiyalar və digər xidmət növləri yaratmasına baxmayaraq, onun idarəçiliyi müddətində Yahoo-nun ümumi gəliri azalmaqda davam edirdi.

Yahoo-nun reklam sahəsində zəifləməsi şirkətin internetdə Facebook və Google kimi rəqiblərinn dörd rüb ərzində əsasən reklam biznesi vasitəsi ilə gəlir gözləntilərini doğrultmasından sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG