Accessibility links

Yanğının söndürülməsinə təyyarə və helikopter cəlb edilib

Yardımlı rayonunun Şıxlar kəndi (Bakıdan 292 kilometr cənub) yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları, yerli əhali söndürmə işlərinə cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatında isə deyilir ki, yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanır.

Hazırda yanğın lokallaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həmçinin meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib.

“Əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırırıq. Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olur, meşə örtüyünə ciddi ziyan dəyir”, müraciətdə qeyd edilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG