Accessibility links

Meşə yanğınları davam edir


Meşədə yanğın

Azərbaycanın şimalında meşə yanğınları baş verib.

İyulun 28-də alov Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndlərində meşələrin yaxınlığındakı boş əraziləri əhatə edib.

Quba rayonu ərazisində yanğın şənbə günü lokallaşdırılıb. Bazar günü Sizəyən rayonundakı yanğın lokallaşdırılıb. Yanğının söndürülməsinə vertolyotlar və amfibiya-təyyarə cəlb edilib.

İyulun 29-da Siyəzən rayonunun Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında boş ərazilərdə yanğın başlayıb, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Küləkli hava şəraiti ilə əlaqədar alov çətin keçilən dağ ərazilərində ətraf meşə massivlərinə keçib.

Yanğının söndürülməsinə vertolyotlar cəlb edilib.

Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, iyulun 28-də Altıağac Milli Parkında da yanğın baş verib.

Bundan əlavə, iyulun 27-də Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşə zonalarında və Hirkan Milli Parkında yanğın baş verib. Hər iki yerdə alovun yayılmasının qarşısı alınıb.

Yanğınlar quru və isti hava səbəbindən baş verib.

XS
SM
MD
LG