Accessibility links

Yaponiyada daşqın on minlərlə insanın evakuasiya edilməsinə səbəb olub


Yaponiyanın qərbində on minlərlə insan bir neçə gün yağan şiddətli yağışlardan sonra ciddi daşqınlarn baş verdiyi ərazıdən evakuasiya edilib. Daşqın nəticəsində bir nəfərin itkin düşdüyü bildirilir.

Yerli mətbuatın verdiyi məlumata görə regionda çaylar daşdıqdan sonra təxminən 20000 insanın evakuasiyası əmri verilib. Bir çox mağaza və ev su altında qalıb.

Sakinlərin qum kisələrilə suyun qarşısını almaq cəhdləri boşa çıxıb. Polis itkin düşmüş şəxsin yaşlı kişi olduğunu və onun suda boğulduğunu ehtimal etdiyini deyib.

Çərşənbə axşamı günün sonunda iddətli yağış yağacağı proqnozlaşdırılır.

Yaponiyanın meteoroloqları daha çox daşqın və torpaq sürüşməsi halları barədə xəbərdarlıq edib.
XS
SM
MD
LG