Accessibility links

Avropa terror təhlükəsi ilə üzləşir


Avropa terror təhlükəsi ilə üzləşir
Avropa terror təhlükəsi ilə üzləşir

ABŞ Dövlət Departamenti də amerikalılara Avropada terror hücumları həyata keçirilə biləcəyini bildirib

Yaponiya Britaniya və Birləşmiş Ştatların Avropada gözlənilən terror hücumları barədə xəbərdarlıqlarına qoşularaq, vətəndaşlarına həmin qitəyə planlaşdırılan səfərlər barədə xəbərdarlıq edib. Yaponiyanın Xarici İşlər Nazirliyinin bu gün açıqladığı məlumatda deyilir ki, ictimai nəqliyyat istifadəçiləri və turist məkanlarına ziyarət edənlər ehtiyatlı olmalıdırlar. Dünən isə Britaniya öz vətəndaşlarına Fransa və Almaniyada mümkün terror hücumları ilə bağlı xəbərdarlıq edib. Birləşmiş Ştatların Dövlət Departamenti də öz növbəsində amerikalılara Əl-Qaidə və onunla əlaqəsi olan qrupların Avropada terror hücumları həyata keçirə biləcəyini bildirib.

Keçən həftə Qərbin kəşfiyyat agentliklərinin rəsmiləri Pakistanda qərargahlanan Əl-Qaidə agentlərinin Fransa və Almaniyada terror hücumları həyata keçirəcəkləri barədə məlumat əldə edildiyini bildirmişdilər.

XS
SM
MD
LG