Accessibility links

Yaponiyanın yeni Baş naziri geniş siyasət planlarını təqdim edir


Yaponiyanın Baş naziri Fumio Kişida

Seçkilər zamanı təəccüblü dərəcədə çox səs qazanaraq, qələbə çalan Yaponiyanın Baş naziri Fumio Kişida bazar ertəsi Çinə qarşı müdafiə, iqlim dəyişikliyi və pandemiyadan sağalmanı sürətləndirməklə bağlı siyasətini gücləndirməkdə davam edəcəyini bildirib.

Kişidanın mühafizəkar Liberal Demokratik Partiyası (LDP) proqnozlara qarşı çıxaraq, bazar günü keçirilən seçkilərdə təkpartiyalı çoxluğa sahib olub. Bu partiyanın rəhbəri kimi onun mövqeyini möhkəmləndirib və ona büdcə kimi məsələlərdə parlamentdə daha sərbəst hərəkət etməyə imkan verir.

Bəziləri cəmi bir ay hakimiyyətdə olan Kişidanın da Yaponiyanın digər qısamüddətli baş nazirlərindən biri ola biləcəyindən qorxurdu. Lakin seçki nəticələri gələn ilin yayında Yuxarı Palatada keçiriləcək seçkilərə qədər ona siyasətə öz möhürünü vurmağa imkan verəcək.

Liberal Demokratik Partiyasının Yaponiyanın parlament seçkilərində qazandığı güclü qələbə səhm bazarında kütləvi istiqraz buraxılması ilə bağlı qorxularını da azaldıb. Belə ki, bu, Kişidanı pandemiyaya qarşı stimul paketinin ölçüsünün şişirdildiyinə dair təzyiqlərdən azad edəcək.

Kişida ilin sonuna qədər əlavə büdcə üçün çalışacağını, daxili turizmi canlandırmaq və səyahətlər üçün subsidiya proqramını yenidən başlayacağını və noyabırın ortalarına qədər "genişmiqyaslı" stimul paketini tərtib edəcəyini vəd edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG