Accessibility links

Yaponiya baş naziri İranda səfərdədir


Yaponiya baş naziri Şinzo Abe və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

Yaponiya baş naziri Şinzo Abe çərşənbə günü Tehrana gəlib. Yaponiya baş nazirinin bu səfərlə sanskiyalara məruz qalmış ölkə ilə Birləşmiş Ştatlar arasında yaranmış gərginliyin yumşalmasına çalışacağı gözlənilir.

Abe 1979-cu il İslam İnqilabından sonra İrana səfər edən ilk Yaponiya lideridir.

ABŞ-ın müttəfiqi olmaqla yanaşı İranla yaxşı diplomatik münasibətlərə malik olan Yaponiya İslam Respublikası və Birləşmiş Ştatlar arasında vasitəçilik edə biləcək unikal vəziyyətə malikdir.

Keçən ay Yaponiyaya dörd günlük səfəri zamanı ABŞ prezidenti Donald Tramp İranla danışıqlar apardığı üçün Abeni alqışlayıb və Tokio ilə Tehran arasındakı “çox yaxşı münasibətləri” xüsusi vurğulayıb.

Bir il öncə prezident Tramp ABŞ-ın İran və dünya qüdrətləri arasında imzalanan nüvə sazişindən çıxarılması qərarın; vermişdi. O zamandan bəri Vaşinton və Tehran arasında münasibətlər gərginləşib. Son həftələr isə bu gərginliyin daha da artdığı müşahidə edilir.

XS
SM
MD
LG