Accessibility links

Yaponiya mətbuatı daşqında ölənlərin sayının səhər təxminən 19 nəfərə çatdığını deyib


Yaponiyanın cənubunda rekord səviyyəyə çatan yağmurlar torpaq sürüşmələri və daşqınlara səbəb olub.

Yaponiya mətbuatı ölənlərin sayının bu gün səhər təxminən 19 nəfərə çatdığını deyib. Məlumatda eyni zamanda təxminən səkkiz nəfərin itkin düşdüyü deyilir. Sinoptik agentliyi Yaponiyanın cənubunda iri ərazilərdə şiddətli yağışlar və palçıq sürüşmələri halları barədə xəbərdarlıq edib. Minlərlə insan ərazidən evakuasiya edilib.

Bu arada xilasedicilər daşqınlardan ən çox zərər çəkmiş Kumamoto və Oita prefekturalarında itkin düşmüş insanların axtarışına davam edir. Yüzlərlə ev zərər çəkib və ya tamamilə yerlə yeksan olub.

On minlərlə insan çayların məcrasından çıxması və palçıq sürüşmələrindən ehtiyatlanaraq ərazidən evakuasiya edilib. Sinoptiklər şiddətli yağmurlar və göy gurultularının bu günün sonunadək davam edəcəyi barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG