Accessibility links

Yaponiya müdafiə büdcəsini artırır [Video]


Yaponiya müdafiə büdcəsini artırır
please wait

No media source currently available

0:00 0:03:47 0:00

Yaponiyanın rekord müdafiə büdcəsi yeni kəşfiyyat təyyarələrinə, F-35 döyüş təyyarələri eləcə də amfibioz maşın və dronlara xərclənəcək

Çərşənbə günü Yaponiya müdafiə büdcəsinin gələn il 42 milyard artacağını açıqlayıb. Bu indiyədək müdafiəyə ayrılmış ən yüksək rəqəm olacaq. Ötən ay baş nazir Şinzo Abe təşkil etdiyi erkən seçkilərdə yenidən seçilib. Cənab Abe səlahiyyətindən istifadə edərək Pekində artıq narahatlıq yaradan mübahisəli hərbi dəyişikliklər edəcəyini bidirir.

Yaponiyanın rekord müdafiə büdcəsi yeni kəşfiyyat təyyarələrinə, F-35 döyüş təyyarələri eləcə də amfibioz maşın və dronlara xərclənəcək.

Həm Şimali Koreyanın raket və nüvə müharibəsində tarazlıq siyasəti, həm də Çinin addımları Şərqi Asiyada artan gərginlik hissi yaradır
Allesio Patalano

Tokyonun hərbi sərmayəsi regiondakı dəyişkən müdafiə təhlükələrindən qorunmaq üçündür, deyə London Kral Kollecinin müharibə elmi fakultəsinin əməkdaşı Allesio Patalano bildirir.

“Həm Şimali Koreyanın raket və nüvə müharibəsində tarazlıq siyasəti, həm də Çinin addımları Şərqi Asiyada artan gərginlik hissi yaradır. Adalar Tokyonun nəzarəti altındadır, ancaq Çin hərbi gəmiləri və təyyarələri dəfələrcə bu əraziyə daxil olublar. Bu münaqişə xəritədə göründüyündən daha böyükdür, deyə Çin üzrə ekspert və South China Morning Post qəzetinin sabiq redaktoru Conatan Fenbi bildirir.

“Bir baxımdan Yaponiya sahilinə yaxın bir neçə məskunlaşmamış ada üzərində münaqişə aparmaq gülüncdür. Ancaq bu Şərqi Asiyada daha böyük rəqabətdir. Burada Çin özünü təsdiqləmək və regiondakı mövqeyini gücləndirmək istəyir.”

Yaponiyanın müdafiə xərcləri baş nazir Şinzo Abenin daha aktiv hərbi qurmaq planının tərkib hissəsidir. Ötən ay yenidən seçildikdən sonra cənab Abe onun Yaponiyanın müdafiə qüvvələrini gücləndirməyə səlahiyyəti olduğunu bildirib.

“Mən qlobal diplomatiyada iştirak etməyə davam edəcəyəm, milli maraqları müdafiə edəcəyəm və vətəndaşlarımızın həyatlarını mühafizə edəcəyəm ki, onlar xoşbəxt həyat yaşasınlar.”

Baş nazir Abe hərbi qüvvələri normaya salmaq məqsədilə Yaponiya pasifist konstitusiyasını dəyişməyi vəd edib.

Çin baş nazir Abeni addımlarına diqqət yetirməyə çağırıb və Yaponiyanı keçmiş hərbi cnayətlərini ört-basdır etməkdə günahlandırır.

İlk dəfə dekabr ayında Çində 1937-ci ildə Nankinqda Yaponiya hərbi hücumu zamanı ölənlərin anım mərasimi keçirildi. Pekinin verdiyi məlumata əsasən, hücum zamanı 300 min insan həlak olub. Cənab Fenbinin sözlərinə görə uzun zamandır sürən münaqişə hələ davam edəcək.

Bir baxımdan Yaponiya sahilinə yaxın bir neçə məskunlaşmamış ada üzərində münaqişə aparmaq gülüncdür. Ancaq bu Şərqi Asiyada daha böyük rəqabətdir. Burada Çin özünü təsdiqləmək və regiondakı mövqeyini gücləndirmək istəyir
Conatan Fenbi

“Düşünürəm ki, bu o münaqişələrdəndir ki, heç bir tərəf münaqişənin həllini istəmir çünki bu onların milli mövqelərinə xidmət edir.”

ABŞ Yaponiyanın ərazi bütövlüyü dəstəklədiyini açıq bildirib. Cəanb Patalano bildiir ki, Yaponiyanın müdafiə büdcəsini artırması ABŞ-Yaponiya ittifaqının əhəmiyyətinin azalması demək deyil.

“Əslində tam tərsidir. Bunun səbəbi hərbi əməliyyatlarının səmərəliliyi artırmaqdır ki, Yaponiya hərbisinin ABŞ hərbisi ilə uyğunluğu artsın və Yaponiya bu hərbi əlaqədə daha yüksək rola sahib olsun.”

Patalanonun sözlərinə görə, Yaponiya ilə gücləndirilmiş hərbi müdafiə əlaqələri ABŞ-ın Asiyadakı “strateji dayaq nöqtəsinin” əsasını təşkil edir - və Yaponiyanın artan hərbi xərcləri Vaşinqton tərəfindən müsbət qarşılanacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG