Accessibility links

Yaponiyada koronavirusla bağlı fövqəladə vəziyyət elan oluna bilər


Yaponiya bu həftə Tokioda keçiriləcək Olimpiya Oyunları öncəsi baş nazir Şinzo Abenin koronavirusla əlaqədar fövqəladə vəziyyət elan etməsinə icazə verən qanuna yenidən baxacaq.

2012-ci ildən baş nazir vəzifəsinə qayıdan və ölkədə ən uzunmüddətli baş nazir olan Abe koronavirusla valideynlər və müəllimlərin məktəblərin bağlanması tələbinə gec cavab vermək kimi məsələlərdə zəif rəhbərlik nümayiş etdirdiyinə görə tənqidlərə məruz qalıb.

Yaponiya Yayım Korporasiyasının (NHK) bildirdiyinə görə, 700-ə qədəri kruiz gəmisindən olmaqla, Yaponiyada 1200-dən çox koronavirus halı qeydə alınıb. Kruiz gəmisində virusa yoluxan 6 nəfərin öldüyü bildirilib.

Tənqidlər arasında Abe hökumətinin böyük bir gəlir mənbəyi olduğu üçün Çindən gələn səyahətçilərin qarşısının çox yavaş alması da var. Bazar ertəsi NHK tərəfindən açıqlanan rəy sorğularının nəticələrinə görə, əhalinin 43 faizi virusun yayılmasında Abe hökumətini günahlandırır.

Sorğu iştirakçıları virusun sürətlə yayılmasına səbəbin Yaponiyanın virusun testləri üçün kifayət qədər gücə malik olmaması və səfərbərliyin zəif olması olduğunu deyib. Cənubi Koreya kimi ölkələr güclü test proqramları ilə çox sayda infeksiya aşkarlayıb.

XS
SM
MD
LG