Accessibility links

Fumio Kişida Yaponiyanın Baş naziri seçilib


Mühüm parlament seçkilərində hakimiyyətdə olan partiyasının böyük qələbəsindən sonra Fumio Kişida çərşənbə günü yenidən Yaponiyanın baş naziri seçilib.

Bir aydan çox parlament tərəfindən seçilən Kişida Yaponiyanın iki palatalı qanunverici orqanında daha güclü 465 yerlik aşağı palatada hakim partiyasının 261 yer əldə etdiyi təcili seçki elan edib. Bu,parlamentdə qanunvericilik gündəminin irəliləyə aparılması üçün kifayətdir.

Oktyabrın 31-də əldə etdiyi qələbə onun hakimiyyətini gücləndirir və seçicilər tərəfindən hökumətinin pandemiyanın təsirinə məruz qoyduğu iqtisadiyyat, virusun yayılmasının qarşısının alınması və digər çətinliklərlə mübarizə aparması üçün mandat ona verilən mandat hesab edilir. Kişida nəticələri seçicilərin dəyişiklikdənsə sabitliyə üstünlük verdiyinə işarə kimi gördüyünü deyib.

Kişida çərşənbə günü biri istisna olmaqla, oktyabrın 4-də vəzifəyə başlayarkən təyin etdiyi nazirlərin hamısını saxlayaraq, ikinci Nazirlər Kabinetini formalaşdıracaq. Bundan sonra isə o, mətbuat konfransında özünün iqtisadi və digər əsas planlarını açıqlayacaq.

Bir ay əvvəl Liberal Demokratlar Kişidanı təhlükəsiz və mühafizəkar bir namizəd olaraq seçmişdi. Onlar o qədər də populyar olmayan Yoşihide Suqa hakimiyyətdə qaldığı halda ağır seçki məğlubiyyətindən qorxurdular. Cəmi bir il vəzifədə olan Suqanın populyarlığı koronavirus pandemiyası ilə mübarizədə tənqidlərə məruz qaldığı və virusun artması ilə bağlı narahatlıqlara baxmayaraq, Tokio Olimpiya Oyunlarının keçirməkdə israrlı olması səbəbindən azalmış və buna görə o, istefa verməli olmuşdu.

Gözlənildiyindən daha yaxşı seçki nəticələri Kişida hökumətinə COVID-19 üzərində nəzarəti artırmaq, iqtisadiyyatı canlandırmaq və Yaponiyanın müdafiə qabiliyyətini gücləndirilmək kimi kampaniya vədlərini yerinə yetirmək üçün daha çox səlahiyyət və vaxt verə bilər.

Parlament seçkilərində qazandığı güclü qələbə səhm birjalarında kütləvi istiqraz buraxılması ilə bağlı qorxuları da azaldıb. Belə ki, bu, Kişidanı pandemiyaya qarşı stimul paketinin ölçüsünün şişirdildiyinə dair təzyiqlərdən azad edəcək.

Kişida ilin sonuna qədər əlavə büdcə üçün çalışacağını, daxili turizmi canlandırmaq və səyahətlər üçün subsidiya proqramını yenidən başlayacağını və noyabrın ortalarına qədər "genişmiqyaslı" stimul paketini hazırlayacağını vəd edib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG