Accessibility links

Tokio Olimpiya Oyunlarının ləğvi çağırışları davam edir


Yaponiyanın ən çox oxunan qəzetlərindən biri ölkədəki COVID-19 böhranı səbəbindən Tokio Olimpiya Oyunlarının ləğv edilməsini istəyib.

"Asahi Şimbun" qəzetində dərc olunan məqalədə Baş nazir Yoşihide Suqa mövcud vəziyyəti qiymətləndirməyə və Olimpiya Oyunlarını ləğv etməyə çağırılıb.

Redaksiyanın məqaləsində Beynəlxalq Olimpiya Komitəsinin liderləri, əsasən də keçən həftə fövqəladə vəziyyət qüvvədə olsa belə Tokio Olimpiadasının keçiriləcəyini deyən vitse-prezident Con Koats “özündən razı” olduqları deyilərək, tənqid edilib. Qəzet Koatsın şərhlərinin Yaponiya ictimaiyyətinin fikri ilə eyni olmadığını yazıb.

Olimpiya oyunlarının keçirilməsinə qarşı ictimai əhval-ruhiyyə ölkədəki xəstəxanalara təsir göstərən yeni yoluxmaların artması fonunda artır. Fövqəladə vəziyyət Tokio və Yaponiyanın digər regionlarında mayın 31-də başa çatmalıdır və çox güman ki, iyun ayının sonuna qədər uzadılacaq.

Baş nazir Suqanın hakim Liberal Demokrat Partiyasının liberal təmayüllü Asahi Shimbun-un əsas sponsorlarından biri olmasına baxmayaraq, Yaponiyanın bu, ən çox oxunan qəzet tədbirin ləğv edilməsinə çağıran ilk böyük qəzetidir.

Təxminən 6000 həkimin fəaliyyət göstərdiyi və təcili tibbi yardım xəstəxanalarının daxil olduğu Tokio Tibb Təcrübəçiləri Fondu da Suqanı Beynəlxalq Olimpiya Komitəsini oyunları ləğv etməyə inandırmağa çağırıb.

Yeni koronavirus pandemiyası dünyaya yayılmağa başladığı üçün bir il təxirə salınan Tokio Olimpiya Oyunlarının iyulun 23-dən avqustun 8-nə qədər keçirilməsi planlaşdırılır.


Şərhlərə bax

XS
SM
MD
LG