Accessibility links

Yaponiyada məktəblərdə tədris apreldə yenidən başlayacaq


Yaponiyanın təhsil naziri Koiçi Haqiuda cümə günü bildirib ki, koronavirus infeksiyasının qarşısını almaq üçün hökümət məktəblərin yaz tətilinə qədər bağlanılması tələbini uzatmayacaq. Aprel ayından artıq məktəblərdə yeni tədris ili başlayacaq.

Baş nazir Şinzo Abe keçən ay bütün məktəblərdən epidemiyanın qarşısını almaq üçün martın sonlarından yaz tətilinə qədər bağlanmasını istəmişdi.

Haqiuda virusun yayılması ilə mübarizə tədbirlərini müzakirə etmək üçün nazirlər qrupunun görüşündən sonra jurnalistlərə bildirib ki, hökumətin məktəblərin yaz tətilinə qədər bağlanması tələbinin yaz tətilindən sonra uzadılmaması barədə razılığa gəldik.

İşçi qrupu iclasında Abe tədbir təşkilatçılarına mütəxəssislərin fikirlərini əsas gətirərək genişmiqyaslı toplantıların keçirilməsində ehtiyatlı olmaları lazım olduğunu söyləyib.

Yaponiyanın Kyodo xəbər agentliyi bildrir ki, hazırda Yaponiyada koronavirusa yoluxan 1693 nəfər var. Ölənlərin sayı isə 41-dir.

XS
SM
MD
LG