Accessibility links

Yaponiyada suda radiasiya səviyyəsinin yüksək olduğu aşkar edilib


Yaponiyada suda radiasiya səviyyəsinin yüksək olduğu aşkar edilib
Yaponiyada suda radiasiya səviyyəsinin yüksək olduğu aşkar edilib

Çirklənmiş suların yeraltı sulara qarışmasının qarşısını almaq indi prioritet təşkil edir

Yaponiyada zəlzələ nəticəsində zərər çəkmiş nüvə elektrik stansiyasının reaktorlarının birinin yaxınlığında ilk dəfə olaraq suda radioasiya səviyyəsinin yüksək olduğu aşkar edilib.

Enerji şirkəti bunu Yaponiya nazirlər kabinetinin katibi Yukio Edanonun 2-ci reaktorda suyun belə görünür, əsas reaktorda ərimiş naqillərlə kontakta olduğunu bildirməsindən sonra elan edib. O deyib ki, çirklənmiş suların yeraltı sulara qarışmasının qarşısını almaq indi prioritet təşkil edir.

Bu xəbər iki həftə bundan əvvəl zəlzələ və sunami nəticəsində nüvə elektrik stansiyasının soyutma sistemini təmir etmək səyləri aparılan zaman daha bir uğursuzluq kimi qiymətləndirilir.

NHK televiziyasına istinadən zəlzələ baş verəndən bəri 10800-dən çox insan həlak olub, və 16200 nəfər yoxa çıxıb.

XS
SM
MD
LG