Accessibility links

Yaponiyada sunami qurbanları kütləvi dəfn olunur


Yaponiyada sunami qurbanları kütləvi dəfn olunur
Yaponiyada sunami qurbanları kütləvi dəfn olunur

Yaponiyada morqlar zəlzələ və sunami nəticəsində həlak olanların cəsədləri ilə dolub. Bir çox yaponlar milli adət ənənələrinə uyğun olaraq cənazələri kremasiya edə bilmirlər.

Şimal-şərqi Hiqaşı Matsuşima şəhərində Yaponiya əsgərləri taxta tabuları qəbirlərə endirdikcə insanlar əzizləri ilə vidalaşmalı olublar. Kyodo xəbə agentliyi bu gün şəhərdə 24 cənazənin torpağa tapşırıldığını xəbər verir. Yerli hökumət əlavə 1000 cənazəni dəfn etməyi planlaşdırır.

Kütləvi məzarlıqlara tapşırılan cəsədlərin hamısı müəyyən edilib və qəbirlər aydın nişanlanıb ki, ailə üzvləri sonradan ölənlər üçün Buddist ayinlərinə uyğun yas mərasimi keçirə bilsinlər.

XS
SM
MD
LG