Accessibility links

"Yaponiyada təhlükəsizlik mühiti ən ağır vəziyyətindədir"


Yaponiyanın baş naziri Şinzo Abenin sözlərinə görə, Yaponiyada təhlükəsizlik mühiti Şimali Koreyanın nüvə və raket təhlükəsi ilə əlaqədar İkinci Dünya Müharibəsindən bəri ən ağır vəziyyətindədir.

Cümə axşamı jurnalistlərə müsahibə verən Şinzo Abe bildirib ki, rəsmi Tokio ABŞ və Cənubi Koreya ilə birlikdə Pxenyanın nüvə sınağını dayandırması üçün təzyiqləri davam etdirəcək.

"Biz müdafiə imkanlarımızı təkcə sülh vəziyyətində vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün deyil, həm də onları müdafiə etmək üçün vacib olan bir vasitə kimi gücləndirəcəyik"- deyə, Yaponiyanın baş naziri bildirib.

Şinzo Abe Şimali Koreya lideri Kim Conq Un tərəfindən Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması və iki rəqib ölkə arasında əlaqələrin yenidən qurulması barədə açıqlamaları haqqında fikir bildirməyib.

XS
SM
MD
LG