Accessibility links

Yaponiyada yüz minlərlə adam evsiz qalıb


Yaponiyada yüz minlərlə adam evsiz qalıb
Yaponiyada yüz minlərlə adam evsiz qalıb

Yaponiyada nüvə böhranı davam etdikcə, zəlzələ və tsunami nəticəsində ölənlərin rəsmi sayı artır və yüz minlərlə adam evsiz-eşiksiz qalıb.

Yaponiya polisi 7,300 adamın öldüyünü təsdiq edib. Lakin hələ də 11,000 min adam itkindir. Martın 11-də zəlzələnin ardınca baş verən tsunami Yaponiyanın şimal-şərqini viran qoyaraq bir neçə yaşayış məntəqəsini darmadağın edib.

Xilasedici dəstələr fəlakət zonasında apardıqları axtarışda böyük çətinliklərlə üzləşirlər. Eyni zamanda kiminsə sağ tapılacağına ümid tükənib. Xilasedicilərin başlıca diqqəti indi daha çox evlərini itirmiş adamların qayğısına qalmağa yönəlib. Yarım milyondan çox adam təbii fəlakət və hökumətin Fukuşima nüvə reaktoru ətrafında evakuasiya göstərişlərinin nəticəsində evlərini tərk etməyə məcbur olublar.

XS
SM
MD
LG