Accessibility links

Yaponiyanın qərb bölgəsində baş verən zəlzələ nəticəsində 3 nəfər həyatını itirib.

Rixter şkalası ilə 6.1 bal gücündə zəlzələ Yaponiyanın ikinci böyük şəhəri Osakada 200-dən çox adamın xəsarət almasına səbəb olub.

Səhər saat 8-də insanların işə getdiyi vaxt baş verən zəlzələ bir neçə dəmir yolu stansiyasına ziyan vurub.

Divarların uçması ilə 9 yaşında qız və 80 yaşlı kişi həlak olub. 84 yaşlı digər bir kişi isə evində kitab şkafının altında qalaraq dünyasını dəyişib.

Sunami xəbərdarlığı verilməyib. 7 il əvvəl baş verən zəlzələ səbəbi ilə Yaponiyada minlərlə insan həlak olmuşdu.

XS
SM
MD
LG