Accessibility links

Yardım konvoyları Qutaya daxil ola bilməyib


Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, cümə axşamı Suriyanın mühasirə olunmuş Quta ərazisinə planlaşdırılmış yardım kovoyu getməyəcək, çünki oradakı vəziyyət buna münasib deyil.

Beynəlxalq Qırmızı Xaç Komitəsi və Suriya Ərəb Qırmızı Aypara Cəmiyyətinin yardım konvoylarının Şərqi Quta sərhədində hökümətin nəzarət etdiyi Vafidin nəzarət-buraxılış məntəqəsində gözlədiyi bildirilib.

Bazar ertəsi şəhərdə zorakılıqlar davam etdiyinə görə yardımın çatdırılmasını təxirə salınıb.

Döyüşlərə fasilə verilməsinə dair çağırışların edildiyi vaxt müxalif könüllü Suriya Mülki Vətəndaşların Müdafiəsi təşkilatı şərqi Qutada xilasetmə işləri apardığını göstərən video paylaşıb.

Birləşmiş Millətlər Təşkilatı hökümətin mühasirəsi səbəbilə şəhərdə 400 min insanın ilişib qaldığını təxmin edir.

Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnaməsinin məqsədi humanitar yardım işçilərinə yeddi illik münaqişənin milyonlarla suriyalını yardıma möhtac vəziyyətə saldığı ərazilərə ərzaq və tibbi ləvazimat çatdırmağa imkan yaratmaqdır.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupu çərşənbə günü Suriya hökümətinin hərbi kampaniyası nəticəsində Qutanın yarıya bölündüyünü və şərqi Qutanın şimal və cənub hissəsini birləşdirən torpaq sahəsinin poliqona çevrildiyini bildirib.

XS
SM
MD
LG