Accessibility links

Dəməşqin cənub bölgələrindən evakuasiya başlayıb


Rusiyanın vasitəçiliyi ilə Suriya hökuməti və rəqib döyüşçülər arasında əldə edilən razılığa görə, Dəməşqin cənub bölgələri evakuasiya edilməlidir.

Tərəflər Fuaa və Kəfriyə şəhərlərindən mülki əhali və döyüşçülərin bölgədə ilişib qalan insanların evakuasiya müqabilində razılıq əldə edib.

Yerli mənbələrin bildirdiyinə görə, Yarmuk düşərgəsindəki İŞİD yaraqlıları istisna edilib.

​Dəməşqli jurnalist Mattar İsmayıl Amerikanın Səsinə bildirib ki, insanlar artıq evakuasiyaya hazırlaşır və ilk avtobuslar bu gündən etibarən insanları daşımağa başlayıb.

O əlavə edib ki, Yalda, Babila və Beyt-Şəhm şəhərlərində hələ də minlərlə, Yarmukda isə 400-ə yaxın mülki vətəndaş qalır.

Suriyanın rəqib Azadlıq Ordusu (FSA) nəzarətində olan ərazilərin bir hissəsini Rsiyanın hərbi polisinə təhvil verib.

Yarmuk düşərgəsini bir həftə ərzində 3 500 qaçqın tərk edib. Onların çoxu küçələrdə yatır.

Yarmuk
Yarmuk

Dünən əldə edilən razılığa əsasən 1500 mülki vətəndaş və döyüşçü evakuasiya ediləcək, Əl-Qaidənin qolu olan Təhrir qruplaşması tərəfindən girov götürülən 80 adam azadlığa buraxılacaq.

Yarmuk 1948-ci ildə İsraillə müharibədən qaçan fələstinlilər üçün təsis edilib. BMT-yə istinadən düşərgə 2011-ci ildə Suriya münaqişəsinədək 160 min fələstinlinin sığındığı yer olub.

Razılığa baxmayaraq, Dəməşqin cənub bölgələrində hava hücumları və qarşıdurmalar davam edir.

XS
SM
MD
LG