Accessibility links

Təcrid vəziyyətində olan etirazçılar aylardan sonra yenidən küçələrə qayıdır


Təcrid vəziyyətində olan etirazçılar aylardan sonra yenidən küçələrə qayıdır
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Pandemiya Yaxın Şərqdə yayılmağa başlayanda Livan və İraqda kütləvi etirazlar hər iki hökumət tərəfindən sərt məhdudiyyətlərin həyata keçirilməsi ilə dağıldı. Lakin bir-iki aydan sonra bir çox etirazçı küçələrə əvvəlkindən daha yoxsul və daha hiddətli olanlar qayıtdı. ABŞ-da olduğu kimi dünya boyu baş qaldıran etirazların da əsas səbəbi ayrı-seçkiliklə bağlıdır.

Keçən ilin payızında Livanda kütləvi etirazlar baş qaldırdı. Aylarla davam edən nümayişlər gecələr toqquşmalarla müşayiət olundu.

Aylardan sonra təcrid vəziyyətində olan etirazçılar və zorakılıqlar yenidən küçələrə qayıdır. Yerli sakinlər deyirlər ki, pandemiya on illərdir iqtisadi böhran içərisində olan ölkənin problemlərini daha da dərinləşdirib. Beyrut sakini Əbu Əhməd: “Qənaət etdiyimiz hər şeyi itirdik. Bilmirəm nə edəcəyik.”

Buradakı insanlar ölkədə sürətlə artan yoxsulluğa səbəbin siyasi elita arasında korrupsiyanın olduğunu deyirlər.

Transparency International təşkilatı Livan sisteminin korrupsioner insanları qoruduğunu və vətəndaşlarının 90 faizinin problemin pis həll olunduğunu düşündüyünü deyir.

Təhlilçilər deyirlər ki, təcili həll yolu tapılmadığı təqdirdə Livanın daha da ağır vəziyyətə düşmə ehtimalı var. Beynəlxalq Böhran Qrupundan Heyko Vimmen: "Etirazlar başlayandan təxminən altı ay müddətdə müşahidə etdiyimiz zorakılıqlar valyutanın dəyərinin düşməsi ilə əlaqəli idi və insanlar həqiqətən qəzəblənmişdi."

İraqda keçən ilin oktyabrında başlayan etiraz aksiyaları aylarla davam etdi və yüzlərlə insanın ölümünə səbəb oldu. Hazırda bəzi etirazçılar şəhər meydanlarında durmağa davam etsələr də, digərləri pandemiya səbəbindən evdə qalır. Mitinqlər və ara-sıra toqquşmalar davam edir.

Ölkənin yeni baş naziri Mustafa Əl-Kadimi bəzi əsas tələbləri ünvanlamağa söz verərək, həbsdə olan fəalları azad edəcəyini, korrupsiyaya qarşı mübarizə aparacağını, yeni seçkilər planlaşdıracağını və ölkəni bürüyən maliyyə və təhlükəsizlik kimi böhranları aradan qaldıracağını deyib.

Lakin 17 ildir demokratik ölkə qurmaq cəhdləri boşa çıxan fəallar bu vədlərə şübhə ilə yanaşır və bütün bunlar baş verməyincə küçələrdə qalacaqlarını deyir.

Təhlilçilər isə iqtisadi ədalətə təkcə etirazlarçıların çağırmadığını əlavə edir. “Hiddət və qəzəbə çevrilən bu çaşqınlıq və ümidsizlik kimi hisslər mən deyərdim ki, etirazçılar kimi həm də küçələrdə olmayan insanlarda da hiss olunur. Cəmiyyətdə 2003-cü ildə İraqa demokratiya və idarəçilik gətirmək üçün hakimiyyətə gələn liderlərin hələ bunu etmədiyi kimi bir fikir qəbul olunub” - deyə, doktor Rinad Mənsur bildirir.

Həm İraq, həm də Livandakı fəallar mübarizəni tam şəkildə davam etdirə bilmək üçün pandemiyanın yüngülləşməsini gözlədiklərini deyirlər.

XS
SM
MD
LG