Accessibility links

2013-cü il israillilər və fələstinlilərə nə vəd edir [Video]


İlin yekunları: İsrail-Fələstin münaqişəsi
please wait

No media source currently available

0:00 0:03:29 0:00

İlin yekunları: İsrail-Fələstin münaqişəsi


Noyabr ayında hava hücumlarından tam dirçələ bilməyən Qəzza sakinlərini qarşıdan gələn il bərpa işləri gözləyir. Səkkiz gün sürən münaqişə zamanı altı israilli və 170 fələstinli həlak olub.

İsraildə bəzi binalara zərər dəyib. Lakin Qəzzada 200-cən çox bina dağılıb, minlərlə bina zədələnib. Bərpa işlərinə 300 milyon dollar lazım olacağı deyilir.

İsrail Qəzzadan fələstin yaraqlıları tərəfindən gələn raket hücumları təhlükəsini aradan qaldırıb. Qəzzada təhlilçi Mhaymar Busada münaqişə nəticəsində islamçı Həmas təşkilatının gücləndiyini və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın isə zəiflədiyini deyir.

Mhmaymar Busada: “Atəş açan da Həmasdır, atəşkəsə,qərar verən də Həmasdır. Bunu nə Fələstin Muxtariyyəti, nə də fələstin cəmiyyətində dünyəviçilər etmir.”

Qəzzada münaqişə Həmasın beynəlxalq ictimaiyyət tərəfindən blokadasına son qoydu. Təşkilatın beş il bundan əvvəl nəzarəti əlinə almasından sonra ilk dəfə olaraq onlarla xarici ölkə naziri regiona səfər edib.

Atəşkəsdən bir hətə sonra BMT-nin Baş Assambleyasında Fələstinin qeyri-üzv statusu dəyişdirildi.

Fələstin dövlətinin artıq mövcud olduğunu deyən Mahmud Abbas vətənə qəhrəman kimi qayıtdı, lakin təhlilçilər bunun simvolik məna daşıdığını və uzun sürməyəcəyini bildirir.

İsrailli təhlilçi Şlomo Brom İsrailin müttəfiqlərinin Fələstin dövləti haqda qətnaməyə səs verdiklərini, ya da bitərəf qaldıqlarını qeyd edir.

Şlomo Brom:”Bunun strateji nəticələri olduqca mühümdür. Əslində İsrail onun əvvəllər ənənəvi müttəfiqlərindən daha çox təcrid olunur.”

İsraillilər həmçinin Qərbin boykot və sanksiyalar tətbq edilməsi səyləri və qonşu ölkələrdə xalq üsyanları nəticəsində islamçıların hakimiyyətə gəlməsindən narahatdır.

Fəlsətinli təhlilçi Rami Nəsrullah deyir ki, israillilərin real problemi fələstinlilərin bu ərazilərdə heç vaxt dominant olacağına inanmadığı halda, İordan çayının Qərb sahilində yaşayış məntəqələrinin inşasını dayandırmaqdan imtina etməsidir.

Rami Nəsrulla:”Bu, İsrail cəmiyyəti üçün əsl sınaqdır. Onlar təhlükəsizliyə hədə ilə qarşılaşır, lakin sülhü necə qarşılamalı olduqlarını bilmirlər.”

İsrail-Fələstin sülh danışıqları artıq illərdir durğunluq vəziyyətindədir. Tərəflər qarşıdan gələn il danışıqların bərpa ediləcəyinə çox az ümid bəsləyir.
XS
SM
MD
LG