Accessibility links

ABŞ Yəməndə zorakılıqları dəhşətli hal kimi qiymətləndirib


ABŞ Yəməndə zorakılıqları dəhşətli hal kimi qiymətləndirib
ABŞ Yəməndə zorakılıqları dəhşətli hal kimi qiymətləndirib

Obama administrasiyası Yəməndə təhlükəsizlik qüvvələrinin hökumət əleyhdarı nümayişçilərə atəş açmasını pisləyib. Hadisə zamanın 12 nəfər həlak olub. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Taiz və Hodeyda şəhərlərində zorakılığı dəhşət adlandırıb. Şahidlər adi geyimdə olan polis və snayperlərin Taizdə nümayişçilərə atəş açdığını deyir. Bu arada The New York Times qəzeti xəbər verir ki, ABŞ prezident Əli Abdulla Salehi artıq dəstəkləmir və onun ölkədən çıxması haqda danışıqlar aparır. ABŞ və Yəmənin adının açıqlanmadığı rəsmilərinə əsasən, Birləşmiş Ştatlar mövqeyini bir həftə əvvəl danışıqlar başlayanda dəyişib. Dövlət Departamentinin sözçüsü məlumatları təsdiq etməyib.

XS
SM
MD
LG