Accessibility links

Səudiyyə Ərəbistanı Yəməndə bir çox insanın ölümü və yaralanmasına görə ittiham edilib


Səudiyyə Ərəbistanı əksəriyyəti mülki vətəndaşlar olmaqla, bir çox insanın ölümü və yaralanmasına görə ittiham edilib.

Yəməndə keçirilən hava reydləri ilə bağlı hesabat BMT-nin İnsan Haqları Şurasına təqdim edilib. BMT Yəməndə 4-cü ilinə daxil olan münaqişənin getdikcə ağırlaşdığını bildirir.

Mülki əhalinin tələfatının əsas səbəbi Səudiyyə Ərəbistanının hava hücumlarıdır

Səudiyyə Ərəbistanının 2015-ci ilin mart ayından başlatdığı hava zərbələri nəticəsində 6100 mülki vətəndaş həlak olub. Onların 25 faizini uşaqlar təşkil edir. 9700-ə yaxın insan xəsarət alıb.

BMT-nin hesabatı hazırlayan ali komissarının müavini Keyt Gilmor deyib ki, ölənlərin sayı bildiyimizdən daha yüksəkdir.

"Mülki əhalinin tələfatının əsas səbəbi Səudiyyə Ərəbistanının hava hücumlarıdır. Bu hücumlar əhalinin 61 faizinin məsuliyyətini daşıyır"- deyə, o bildirib.

Gilmor deyib ki, ABŞ-ın dron və digər islamçı qrupların hücumları davam etdirilir.

BMT Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanı Yəmənin hava və quru limanlarında blokada yaratmaqda günahlandırır.

Təşkilat idxal və humanitar yardımlara mane olunmasının onsuz da ağır vəziyyətdə olan milyonlarla insanın iztirabını artırdığını bildirir.

BMT Yəməndə 22 milyon insanın humanitar yardıma ehtiyacı və 2 milyondan artıq insanın açlıq təhlükəsi qarşısında olduğunu təxmin edir.

İnsan haqları müdafiəşiləri BMT-nin İnsan Haqları Şurasının Yəməndə vəziyyəti araşdıracaq ekspert komandasının təşkilini alqışlayır.

XS
SM
MD
LG