Yəmən rəsmilərinin bildirdiyinə görə, ABŞ-ın ölkədə Əl-Qaidəyə qarşı pilotsuz idarə edilən təyyarələr vasitərilə hücumları intensivləşdirilib. Təkcə keçən həftə raket hücumları nəticəsində təşkilatın dörd üzvünün qətlə yetirildiyi təsdiq edilib.
Rəsmilər şənbə günü keçirililən son hücum zamanı ölkənin mərkəzindəyerləşən Bayda vilayətində avtomobildə olan üç Əl-Qaidə üzvünün qətlə yetirildiyini bildirib.Onlardan birinin Əl-Qaidənin yüksək səviyyəli üzvü Saleh Məhəmməd Əl-Əmiri olduğu deyilir.
Pilotsuz idarə edilən təyyarələrin Yəmənin şərq hissəsində yerləşən Hadramaut vilayətində cümə günü keçirdiyi hücum zamanə Əl-Qaidənin iki üzvünün, dekabrın 24-də isə qrupun altı üzvünün öldüyü bildirilir.
ABŞ-ın dəstək verdiyi Yəmənin hökumət qüvvələri Əl-Qaidə yaraqlılarına qarşı illərdir mübarizə aparır. Rəsmilər 2012-ci ildə ABŞ-ın pilotsuz təyyarələrinin onlarla hücum keçirdiyi haqda məlumat versə də, bir həftə ərzində dörd hücumu qeyri-adi bir inkişaf kimi qarşılayıb.