Accessibility links

Yəməndəki hava zərbərləri Əl-Qaidəni hədəf alır


Yəmən rəsmiləri və şahidlərin dediyinə görə, artıq ikinci gündür Birləşmiş Ştatların hərbi təyyarələri Əl-Qaidənin ölkənin cənub bölgəsindəki mövqelərini hədəf alır.

Yəmən rəsmiləri bugünkü hücumlar zamanı əsas hədəflərdən birinin Əl-Qaidə liderinin Şabve vilayəti, Vadi-Yaşamdakı evi olduğunu bildirib. Hücumlar eləcə də qonşu Abyan vilayətini əhatə edib.

Yerli sakinlərdən biri keçən gecənin hücumlarını "vahiməli" kimi təsvir edib.

Yerli sakinlərın dediyinə görə, ölənlər arasında mülki vətəndaşlar olub. Birləşmiş Ştatlar rəsmiləri hücumlar haqda hələlik heç bir açıqlama verməyib.

Fransa xəbər agentliyinə müsahibə verən sakinlərdən biri keçən gecə həyata keçirilən hücumların "vahiməli" olduğunu deyib.

ABŞ rəsmiləri Əl-Qaidə üzvlərinin Yəmən ərazilərindən istifadə edərək, ABŞ və onun müttəfiqlərinə qarşı terror hücumları planlaşdırdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG