Accessibility links

Yəməndə ölən mülki vətəndaşların sayı artır


Yemen
Yemen

BMT bildirir ki, Yəmən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya şiə hutiləri hədəf almağa başlayandan mülki vətəndaşların ölümü artıb.

BMT bu gün açıqladığı hesabatda hava hücumları başlayandan bəri ölən mülki vətəndaşların sayının 551-ə çatdığını bildirib. BMT-nin uşaqlar üzrə agentliyi olan YUNİSEF-in məlumatına görə, ölənlərdən ən azı 115-i uşaqlardır.

Üç gün qabaq Səudiyyə Ərəbistanının bombardman kampaniyasını dayandıracağını açıqlamasına baxmayaraq bu gün hava hücumları davam edib.

Hərbi təyyarələr şiə huti üsyançılarının silah saxlamaq və döyüşçülər toplamaq üçün istifadə etdiyi şübhəli obyektləri vurub.

Bir aydan artıqdır davam edən hava hücumu kampaniyası Yəməndə ciddi humanitar böhrana səbəb olub.

Ümumilikdə martın 19-dan başlayan hücumlar zamanı 1100 nəfərin öldüyü, 4300 nəfərin yaralandığı, 150 mindən çox insanın isə evlərindən didərgin düşdüyü bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG