Accessibility links

Yeni ildə Koreya yarımadasında sülh çağırışları səsləndirilir


Yeni ildə Koreya yarımadasında sülh çağırışları səsləndirilir
Yeni ildə Koreya yarımadasında sülh çağırışları səsləndirilir

Şimali Koreya yeni ildə Cənubi Koreya ilə əlaqələrin yaxşılaşmasına çağırıb. Cənub prezidenti isə əmin olduğunu bildirib ki, Koreya yarımadasında sülh bərqərar olacaq. Kommunist Koreyasında dövlətə məxsus qəzetin yeni ilin gəlişinə həsr olunmuş baş məqaləsində qeyd olunur ki, demokratik cənubla ortada olan gərginliklər tez bir zamanda aradan qaldırılmalıdır. Baş məqalədə vurğulanır ki, hər iki Koreyanın ümumi maraqları hər şeydən üstün tutulmalıdır. Orada həmçinin deyilir ki, müharibə təhlükəsi yarımadadan yığışdırılmalıdır. Televiziya ilə xalqa yeni il təbriki çatıdran Cənubi Koreya prezidenti Li Myunq-bak deyib ki, o, əmindir ki, yarımadada sülh olacaq və cənub dayanıqlı iqtisadi artımı davam etdirəcək. Barışıq tonlu qarşılıqlı yeni il mesajları ötən həftələrin kəskin hədə tonları ilə təzad təşkil edir. Koreya yarımadasında gərginliklər kommunist şimalın Cənubi Koreyanın Yeonpyeonq adasına dörd adamın ölümü ilə nəticəlnən hücumundan sonra baş qaldırıb.

XS
SM
MD
LG