Accessibility links

Yeni Konqres-Vaşinqtonda respublikaçıların üstünlüyü dövrü başlayır


ABŞ-ın yeni 115-ci Konqresi Vaşinqtonda bir partiyanın hakimiyyətin bütün səviyyələrində üstünlüyü kimi nadir bir şəraitdə işinə başlayır. İki həftədən az bir müddətdən sonra isə ABŞ prezidenti seçilmiş Donald Trampın Kapitoli binası qarşısında andiçmə mərasimi keçiriləcək. Respublikaçı liderlər hökumətin Amerika xalqının həyatında rolunu dəyişdirməyə çalışaraq, hakimiyyətdə ilk 100 günün olduqca məşğul olacağına söz verir

Lakin respublikaçıların səhiyyə xidmətlərini transformasiyası, vergi və büdcə islahatlarına dair iddialı planlarının uğuru təmin edilməyib.
Yeni prezidentin uğuru Respublikaçı qanunvericilərin planları ilə üst-üstə düşməyən prioritetlərlə müəyyən edilə bilər.

Amerika Sahibkarlıq institutunun təhliçisi Norm Ornşteyn Amerikanın Səsinə deyib ki, yeni prezidentin uğuru onun atacağı ilk addımlardan asılı ola bilər.
"Donald Tramp müdafiə xərclərinin artırılması və insfrastruktur planlarının maksimum icrası ilə bərabər vergilərin ciddi şəkildə ixtisarına çalışaraq hakimiyyətdə 100 günün sonunda qələbəsini elan edə bilsin."

ABŞ prezidenti seçilmiş Donald Tramp və Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan
ABŞ prezidenti seçilmiş Donald Tramp və Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan

Respublikaçı prezident və respublikaçı konqresi hakimiyyətə gətirən seçicilərə gəldikdə isə onlar üçün uğur Trampın seçki kampaniyası zamanı mühacirət, iqtisadiyyatın gücləndirilməsi və iş yerlərinin açılması kimi verdiyi vədlərlə bağlı qanunların qəbul edilməsi demək olacaq.

Konqresin Trampın hakimiyyətə gəlməsindən öncə prezident Obamanın səhiyyə xidmətləri planını ləğv edəcəyi gözlənilir. Senatda demokratlardan kiçik üstünlüyə malik olan respublikaçılar və prezident seçilmiş Tramp Obamacare adı ilə tanınan planın bəzi aspektlərinin saxlanmasına məcbur ola bilər. Prezident Obamanın planı 20 miyondan çox insanın səhiyyə sığortası almasına imkan verib.

Senatda Trampın kabinetinə nominasiya etdiyi namizədlərlə bağlı dinləmələr başlanacaq. Hər iki partiyadan qanunvericilərin Dövlət katibi vəzifəsinə namizəd göstərilmiş Reks Tillersonun Rusiya prezidenti Vladimir Putinlə əlaqələri, İnşaat və Şəhərsalma departmentinin rəhbəri vəzifəsinə nominasiya edilmiş Ben Karsonun hökumətdə iş təcrübəsinin olmaması, eləcə də Energetika nazirliyinin ləğv edilməli olduğunu deyən Rik Perrinin həmin nazirliyin rəhbəri vəzifəsinə nominasiyası ilə bağlı ciddi suallar qaldıracağı gözlənilir.

Trampın uzun müddətdir boş qalmış Ali Məhkəmənin hakimi vəzifəsinə tez bir zamanda namizəd göstərəcəyi gözlənilir. Bununla hakimiyyətin hər üç orqanında mühafizəkar nəzarətin tamamlanacağını gözləmək olar. Ali məhkəmənin hakimi vəzifəsinə namizəd də Senatda təsdiq olmalıdır.

Nümayəndələr Palatasının spikeri Pol Rayan və demokrat azlığın lideri Nensi Pelozi
Nümayəndələr Palatasının spikeri Pol Rayan və demokrat azlığın lideri Nensi Pelozi

Nümayəndələr Palatasında isə demokratlar spiker Pol Rayanın uzun müddətdir planlaşdırdığı təşəbbüslərə müqavimət göstərə bilər. Buraya yaşlılar və yoxsullar üçün tibbi xidmət proqramı aid edilə bilər.

"Konqresdəki demokratlar və ölkə boyu milyonlarla ameriklı bunu çox aydın şəkildə deyəcək-tibbi sığorta proqramından əl çəkin"-deyə Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi bildirib.

Tramp və spiker Rayan arasında işüzar münasibətlər respublikaçıların Konqresdə qanunverici fəaliyyətinin uğurunun əsas elementi olacaq. Gərgin siyasi kampaniya dövründən sonra Tramp və Rayan Respublikaçılar partiyasında birlik naminə aralarındakı fikir ayrılıqlarını kənara qoyub.

"Biz bilirik ki, Trampın söz verdiyi vədlərin çoxu respublikaçıların Konqresdə istədiyi şeylər deyil. Məsələ bundadır ki, onun istədiklərini etmədiyi üçün Konqresdən narazı Tramp öz icraedici hakimiyyətin gücündən nə dərəcədə isifadə edəcək"-deyə Norm Ornşteyn bildirib.

Bu sualın cavabı Respublikaçılar partiyasının sıralarındaTrampın prezidentliyinin ilk 100 günündən sonra da birliyin olub-olmyacağını müəyyən edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG