Accessibility links

Yeni Orleanda parad izləyən izdiham üzərinə maşın sürülüb


Yeni Orleanda parad izləyən izdiham üzərinə sürülən maşın 28 nəfərin yaralanmasına səbəb olub.

Polis rəisi şübhəlinin nəzarət altına alındığını bildirib. Maykl Harrison deyib ki, sürücünün hücum zamanı sərxoş olub-olmadığı araşdırılır.

O, müxbirlərin hücumun terror aksiyası olduğuna dair sualı yox deyə çavablandıraraq, sürücünün böyük ehtimalla sərşox olduğunu deyib.

Hadisədən sonra 21 adam xəstəxanaya yerləşdirilib. Onlardan beşi mühafizə altındadır. Digər 7 nəfər xəstəxanadan imtina edib.

Xəsarət alanlar 3-4 yaşlı uşaqlar və 30-40 yaş arasında insanlardır.

Yaralılar arasında Yeni Orleanın bir polis zabiti də var.

Harrison polis zabitinin həmin vaxt vəzifədə olduğunu bildirib.

Hadisə Mardi Qra paradı zamanı baş verib. Bu illik mərasimə hər il minlərlə insan toplaşır. Mərasimdə insanlar atılıların atdığı muncuqlar və oyuncaqları tutmağa çalışır.

XS
SM
MD
LG