Accessibility links

Yeni texnologiya sürücünün məsləhətçisi rolunda


Yeni texnologiya sürücünün məsləhətçisi rolunda
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Arxada oturan sərnişinin maşını idarə etməyinizlə bağlı şərhlərindən qıcıqlanırsınız? İndi eyni şeyi sizin maşınınız edəcək.

Avtomobil istehsalçıları avtonom idarəetmə texnologiyasını inkişaf etdirərkən, maşının içinə sensorlar əlavə edirlər ki, sürücünün yuxuya getmədiyinə və ya kinoya baxmadığına nəzarət edilsin.

Las Veqasda keçirilən texnologiya sərgisində bu cür yeniliyi təqdim edən şirkətlərin sayı az deyildi.

Reuters agentliyinin müxbiri Aleksandria Seyc, həmin şirkətlərdən birinin Silikon Vadisindəki laboratoriyasına baş çəkib.

Aleksandria Seyc, Reuters müxbiri: “Qarşımdakı gördüyünüz bu ekran bədən hissələrini ölçür. Mənim üzümün harada olduğunu, sağ və sol çiyinlərimin yerini görür. Bütün bunlar yalnız təhlükəsizlik üçün vacib deyil, həm də rahatlığınız üçündür.”

Eyeris şirkətinin rəhbəri Modar Aloui deyir ki, beş kamera və proqram təminatı hətta sürücünün və sərnişinlərin emosiyalarını deyə bilir.

Bəs, bu bütövlükdə yaxşı haldırmı?

Modar Aloui, Eyeris: “Bu gün kameralar hər yerdədir və onların sayı hər gün artır. Maşının içi də ictimai yerdir. Bu barədə bir düşünün. Siz maşının salonunun digərləri ilə paylaşırsınız. Maşının salonu sizin banka və ya kinoya getdiyinizdə ətrafınızda olan ictimai yer kimidir.”

Bu texnologiyaların bir hissəsi reklam çarxlarına izləyicilərin reaksiyasını təhlil edən alət kimi ortaya çıxıb.

Affectiva şirkəti bildirir ki, onlar avtomobil sənayesinə avtomobil istehsalçılarının qapılarını döyərək, daxil olublar. Onlar inanırlar ki, maşının içində toplanılar məlumat gələcəkdə çox yararlı ola bilər.

Qabi Zijderveld, Affectiva: “Həqiqətən özü idarə olunan avtomobillər dünyasında sükan çarxına ehtiyac yoxdur. Bu gələcək işlər üçün bir imkandır. Məsələn, elektron kommersiyası.”

Amma bütün bu əlavə rəqəmsal gözlər şəxsi məlumatların sızdırılması ilə bağlı skandalların yayıldığı bir zaman təqdim edilir.

İstehlakçı Elektronikası Şousunda Apple hətta bu barədə böyük bir reklam da hazırlayıb. Məhz elə buna görə də Vayyar Imaging şirkəti maşınların içində radarlardan istifadə edir.

Raviv Melamed, Vayyar Imaging: “Siz radarı kamera ilə müqayisə etsəniz, onların daha aşağı rezolusiyada olduğunu, amma nə baş verdiyini anlayacaq keyfiyyətdə və şəxsi məlumatlarınızı riskə atmadan çalışdığını görə bilərsiniz.”

Amma bütün bunlara baxmayaraq, bu texnologiya geniş şəkildə tətbiq edilməyə başlamaqdan öncə tənzimləyicilərin təsdiq prosesindən keçməlidir.

XS
SM
MD
LG