Accessibility links

Yeni Xbox kontrollerlə hər kəs video oyunlardan zövq alacaq


Yeni Xbox kontrollerlə hər kəsin video oyunlardan zövq alacaq
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Siz əgər video oyunların fiziki məşğələ olmadığını düşünürsünüzsə, deməli Endrü Pilkinqtonun oynamasını görməmisiniz.

Pilkinqton serebral iflicdən əziyyət çəkir və yalnız ayaqlarını istifadə edir. Bu isə onun üçün uyğundur.

“Oyunda da topu ayağımla vurmağım çox gülməlidir.”

Pilkingtonun oynamağını Microsoft-un Xbox Adaptiv Kontroller mümkün edib.

Kris Kujovski, Microsoft, Aparıcı dizayner: “Xbox Adaptiv Kontroller xüsusi olaraq məhdud hərəkətliliyə malik insanlar üçün hazırlanıb.”

Dizayner Kris Kucovski Nyu Yorkda keçirilən “Dəyişiklik üçün oyunlar” festivalında 100 dollarlıq kontrolleri təqdim edib.

Kris Kujovski, Microsoft, Aparıcı dizayner: “Beləliklə sən istənilən növ düyməni bura daxil edə bilərsən.”

Fiziki məhdudiyyətli video oyun həvəskarları adətən, uyğunlaşan kontrollerlər və ya xüsusi hazırlanış aksesuarlarla həll yolu tapırlar.

Kris Kujovski, Microsoft, Aparıcı dizayner: “Biz istədik ki, onların artıq istifadə etdikləri cihazların istifadəsini daha rahat edək.”

“Bu, böyük adlı şirkətin hazırladığı ilk xüsusi kontrollerdir. Buna bənzər kontrollerlər nə Playstation, nə də Nintendoda var.”

Erin Houli, Fiziki məhdudiyyətli video oyun həvəskarı:“Aparıcı şirkətlərin belə addım atmasını və bizi nəzərə alması çox mühümdür.”

Erin Houlinin əzələ distrofiyası var. O deyir ki, video oyunlar ona rahatlıq verir.

Kris Kujovski, Microsoft, Aparıcı dizayner: “Müştəriləmizin oyunların cəmiyyət üçün və insanlararası münasibətdə əhəmiyyəti haqqında danışmasının şahidi olduqdan sonra, bu məhsulu yaratmaq ideyası ortaya çıxdı.”

Endrü Pilkinqton, Fiziki məhdudiyyətli video oyun həvəskarı:“Mən bütün ömrüm bu cür texnologiya gözləmişəm.”

Belə görünür ki, Pilkinqtonbu alətə şad olan yeganə insan deyil.

XS
SM
MD
LG