Accessibility links

Yeni Zelandiya silah satışının məhdudlaşdırılacağını vəd edib


Yeni Zelandiya hakimiyyəti Kraystçörç şəhərindəki məsciddə törədilən kütləvi qətldən sonra silah satışının çətinləşdiriləşdiriləcəyi və məhdudlaşdırılaçağını vəd edib.

Bu barədə The Guardian Yeni Zelandiyanın baş naziri Jacinda Kate Laurell Ardern-ə istinadla xəbər verir

Hakimiyyətin həll etməli olduğu məsələlərdən biri, yayılmasına icazə verilən silahların modifikasiyasını, onların hərbi silahlara yaxınlaşdırılmasını qadağan etmək olacaq.

Hüquq-mühafizə orqanları hesab edir ki, bu kimi hücumlarda modifikasiya edilmiş belə silahlardan istifadə olunur.

Polisin məlumatına görə, məscidə hücumda şübhəli bilinən Brenton Tarrant silahı lisenziya ilə alıb ki, belə halda onu qeydiyyatdan keçirmək tələb olunmur.

Yeni Zelandiya prokurorluğu öz növbəsində bildirib ki, hakimiyyət yarıavtomat silahları qadağan etmək fikrindədir.

Martın 15-də- Kraystçürç şəhərindəki məsciddə cümə namazından sonra törədilən bu hücumda azı 49 nəfər öldürülüb, onlarla adam yaralanıb.

28 yaşlı şübhəli Brenton Tarrant həbs edilib.

Məlumata görə qatı-sağçı Tarrant Avropadakı terror aktlarından ilhamlanıbmış. O, hücumu birbaşa özünün “Facebook” səhifəsi ilə yayıb.

Bu hucumda əlləri olmaqda şübhəli bilinən daha 3 nəfər də saxlanıb.

Baş nazir Cakinda Keyt Laurell Ardern bunu amansız zorakılıq aktı adlandırıb.

Dünya liderləri Yeni Zelandiya hakimiyyəti və ölənlərin yaxınlarına başsağlığı veriblər.

XS
SM
MD
LG