Accessibility links

Yeni Zelandiyada öldürülənlərin cəsədləri təhvil verilir


Yeni Zelandiyanın polis komissioneri Mayk Buşun bildirdiyinə görə, cümə günü atışmasının qurbanlarından birinin cəsədi ailəsinə təhvil veriləcək.

Cəsədlərin araşdırılması idarəsinin rəhbəri Debora Marşal tez bir zamanda cəsədlərin müəyyən edilərək ailələrinə veriləcəyini deyib. O bildirib ki, səhv cəsədin kiməsə verilməsindən dəhşətli heç nə ola bilməz.

Polis komissionerinin müavini Ulli Humaha müsəlman icmasının liderləri ilə görüş keçirildiyini və meyitlərin yarılması prosesinin vaxt aparacağı barədə danışıqlar apardığını deyib.

Hökumət gələn çərşənbə gününədək bütün cəsədlərin təhvil veriləcəyini bildirib.

Cümə günü azı 49 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən iki məscidə hücum etməkdə şübhəli bilinən 3 kişi və 1 qadın həbs olunub.

İnternetdə şübhəli şəxsin maşının içində silahlarla olduğu foto yayılıb. Yeni Zelandiya Televiziyası (TVNZ) hücum edən şəxsin Avstraliyanın Qraftın şəhərindən Brenton Tarrant olduğunu bildirib.

Dünyanın siyasi və dini liderləri Yeni Zelandiyada iki məscidə hücumları pisləyərək, dərin məsuyluqlarını ifadə edib

Eyni zamanda bəziləri siyasətçiləri və medianı müsəlmanlara qarşı nifrət toxumu səpməkdə güünahlandırır və hücuma məhz bunun yol açdığını iddia edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG