Yeni Zellandiyanın baş naziri Casinda Ardern hökümətin yarı-avtomatik və avtomatik hücum silahlarını dərhal qadağan edəcəyi qanun dəyişikliyinin qəbul olunduğunu bildirib.
Martın 15-də Kraystçörç şəhərindəki hücumlar zaman bu kimi silahlardan istifadən olunub. Qadağan olunmuş silahların siyahısı xüsusi saytda dərc olunacaq.
Yeni Zelandiyada silah saxlamaq imtiyazdır, haqq deyil.
Bu cür silahların sahibləri xüsusi anketləri dolduraraq, onları təhvil vermək üçün polislə əlaqə yaratmalıdır. Ardern vətəndaşlardan xəbərdarlıq etmədən silahlarla polis bölmələrinə gəlməməyi xahiş edib.
O, silah sahiblərinə “yaxşı kompensasiya” vəd edib. Ardernin hesablamalarına görə, bu ölçü ölkəyə $100-200 milyon dollara başa gələcək.
Yığılan silahlar məhv ediləcək.
Ardern silahların yeni zelandiyalıların, xüsusilə də fermada yaşayan vətəndaşların həyatında nə qədər əhəmiyyətli olduğunu başa düşdüyünü söyləyib. Lakin o qeyd edib ki, Yeni Zelandiyada silah saxlamaq imtiyazdır, haqq deyil.
Martın 15-də silahlı hücumçular cümə namazı zamanı Yeni Zelandiyadakı Kraystçörç şəhərinin iki məscidində insanlara atəş açıblar. Hücum zamanı 51 nəfər ölüb.