Accessibility links

Yəzidilər zorlanma nəticəsində ana olan qadınları qəbul etmir


İraqda “xilas olan” hər kəsin qəbul ediləcəyini elan edən yəzidilərin Ali Dini Şurası İŞİD yaraqlıları tərəfindən zorlanaraq ana olan qadınların qəbul edilməyəcəyini bəyan edib.

Şuranın bu qərarı yəzidi icması arasında çaşqınlıq və narazılıqlara səbəb olub. Bəziləri isə dini rəhbərliyi günahlandırır.

Dini Şura “zorlanıb ana olan" deyil, xilas olmağa nail olan anaların uşaqları ilə birgə qəbul ediləcəyini deyib.

Kürddilli yəzidilər İŞİD terrorçu qrupu tərəfindən dönük adlandırılırdı.

2014-cü ildə İraqın on minlərlə sakini olan Sincar şəhərində İŞİD tərəfindən çoxsaylı yəzidi kişi öldürülmüş, minlərlə qız və qadın kölə kimi ələ keçirilmişdi.

Onlar arasında zorlananlar uşaq sahibi olub.

BMT yəzidilərin qətlini genosid adlandırır.

Nadia Murad
Nadia Murad

Nobel laureatı, İŞİD tərəfindən ələ keçirilən Nadia Murad deyib ki, vəziyyət mürəkkəbdir. O, bunun xalq üçün yeni və çətin bir məsələ olduğunu bildirib.

Murad bir çox qadınla görüşdüyünü, onların düşərgələr, dağlar və digər ölkələrə sığındığını, uşaqlarının qəbul edilməyəcəyi qorxusundan evlərinə qayıtmadığını əlavə edib.

Nobel laureatı qərarı analar və ailələrin verməli olduğunu deyib.

Yəzidi dini qeyri-yəzidilərlə nikahı inkar etdiyi kimi, dindən dönməni də qəbul etmir.

Ekspertlər dini və sosial məhdudiyyətlərə digər bir səbəb kimi yəzidi rəsmilərinin İraq qanunlarına əsasən qəbuldan imtina etməsini göstərib. Belə ki, İradda uşaqların heç olmasa bir valideyninin müsəlman olması tələb edilir.

İraqın milli kimlik qanuni 2015-ci ildə qəbul edilib. Burada zorlanma istisna kimi göstərilmir. Qanuna düzəlişlər və ya dəyişikliklər əlavə edilməyib.

Bəzi ekspertlər hesab edir ki, dünya qüdrətləri İraqa təzyiq göstərərək düzəlişlərə nail ola bilər.

Ötən ay Suriyada ABŞ-ın dəstəklədiyi kürd qüvvələri İŞİD üzərində qələbə elan edib.

İnsan haqlarının müdafiəsi qrupları 3100-ə yaxın yəzidi qadın və uşağın hələ də itkin olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG