Yunan qanunvericilərinin çərşənbə günü yeni xilas paketi üzərində səs verəcəyi gözlənilir. Baş nazir Aleksis Tsipras Yunanıstanın ehtiyacı olduğu kredit müqabilində Avropa kreditorlarının tələb etdiyi sərt iqtisadi tədbirləri qəbul etmələri üçün qanunvericilərə təzyiq göstərir.
Parlament üzvləri günün ilk yarısı qanun layihəsini müzakirə edəcək və səsvermə günün ikinci yarısı baş tutacaq.
Çərşənbə axşamı parlamentə təqdim olunan qanun layihəsində yeni vergilər, pensiya islahatları və dövlət xərclərinin daha sərt nəzarətinə dair dəqiq məlumatlar yer alıb. Avropa kreditorları parlamentin qanun layihəsini çərşənbə gününədək qəbul etməsini istəyirlər.
Bu qanunun əleyhinə olan bəzi yunan Həmkarlar İttifaqları bu gün parlamentin qarşısında yürüş keçiriblər.
Avropa liderləri yeni tələblərə dair razılığın əldə olunduğunu bazar ertəsi günü açıqlayıblar.
Təhlilçilər deyir ki, hər hansı bir yeni razılıq Yunanıstanı 19 ölkədən ibarət avrozonada saxlamaq məqsədi daşıyacaq.