Accessibility links

Yunanıstan bəzi səyahət məhdudiyyətlərini yüngülləşdirir


Yunanıstan gələn ay turizm xidmətlərini açmağa hazırlaşdığı vaxtda ABŞ və bir sıra digər ölkələrdən gələn səyahətçilər üçün karantin məhdudiyyətlərini ləğv edib. Ancaq COVID pandemiyası hələ də ölkə daxilində davam edir və ABŞ-ın bəzi bölgələrində yoluxma halları bir daha yüksəlir. Belə olan halda tənqidçilər Yunanıstan hökumətinin çox erkən davrana biləcəyindən narahatdırlar.

Yunanıstanın yeni tədbirləri aprelin 18-də elan edildikdən dərhal sonra qüvvəyə minib. ABŞ, Britaniya və Ai səyahətçilərinə 2020-ci ilin martından bəri qlobal pandemiyanın gətirdiyi beynəlxalq səyahət qadağalarından sonra ilk dəfə bu günəşli ölkəni və bəyaza bürünmüş adaları karantin tələbləri olmadan ziyarət etməyə icazə verilir.

İsrail, Britaniya, Birləşmiş Ərəb Əmirliklərindən və eləcə də bütün Avropa İttifaqına üzv dövlətlərindən olan səyahətçilər COVID-19 peyvəndi və ya ölkəyə gəlmədən 72 saat öncə neqativ nəticəli testdən keçmək şərti ilə sərt yeddi günlük karantin qaydaları olmadan burada tətilə buraxılacaqlar.

Bu addım Yunanıstanı yay mövsümü ərəfəsində turistlərə yenidən açan ilk Avropa məkanlarından birinə çevirir – bu, ölkənin səyahət bazarının böyük bir hissəsini təmin etmək, zərbə alan turizm sənayesini inkişaf etdirmək üçün ölkənin istədiyi vacib bir başlanğıcdır.

Ancaq intensiv terapiya müəssisələri hələ də potensialına yaxın, ölkənin 11 milyon əhalisinin 10%-dan bir qədər çoxu vaksinasiya olunduğu və burada hələ də davam edən pandemiya olduğu halda mütəxəssislər və siyasi müxalifət hökuməti onsuz da ölkənin səhiyyə komissiyasının xəbərdarlıqlarına məhəl qoymamaqda günahlandırırlar.

Hökumət sözçüsü Aristoteliya Peloni məmurların ehtiyatsız davranması ilə bağlı ittihamları rədd edir.

Onun sözlərinə görə, istənilən bu cür fikir təhqirdir. Ancaq hökumətin gündəlik brifinqində jurnalistlərə danışan Peloni bildirib ki, COVID qaydalarının yaradılmasına ölkədəki pandemiyaya nəzarət edən sağlamlıq komissiyası deyil, administrasiya qərar verir. O, Yunanıstanın bu həftədən etibarən ABŞ turiatləri və digərlərinin ölkəni ziyarət etməsinə icazə vermə qərarının diqqətlə izləniləcəyini qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG