Accessibility links

Ali Hərbi Məktəbin yüksək rütbəli zabiti həbs edilib


Həbs
Həbs

O rüşvət almaqda ittiham edilir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) daha bir yüksək rütbəli əməkdaşı həbs edilib. Bu barədə APA agentliyi Bakı Hərbi Məhkəməsinə istinadən məlumat yayıb.

Məlumata görə, AAHM-in zabiti, polkovnik-leytenant Namiq Nəbiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov da bir neçə gün əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.
XS
SM
MD
LG