Accessibility links

Zelenski xəbərdarlıq edib ki, Ukrayna Mariupolda döyüşlərə görə “son həddə” çatıb


Ukrayna prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya qüvvələri əsas infrastruktura və mülki hədəflərə səbəbsiz işğala başlamasından dörd həftədən çox müddət sonra hələ də zərbə endirməyə davam etdirdiyi üçün ölkə “sağ qalmanın son həddində”dir.

Martın 22-də ukraynalı müdafiəçilər ölümcül hücumun qarşısını almaq üçün döyüşərkən indiyədək müharibənin ən gərgin döyüş meydanı olan əsas liman şəhəri Mariupolda partlayışlar və atəş səsləri eşidilib.

Rusiyanın atəş gücündə böyük üstünlüyünə baxmayaraq, münaqişə boyu müqavimət göstərən Zelenski deyir ki, Ukrayna heç vaxt strateji limandan və ya Xarkiv və Kyiv də daxil olmaqla digər şəhərlərdən imtina edə bilməz.

“Rusiya qüvvələri üçün Ukrayna Avropanın qapısıdır, onların ora daxil olmaq istədikləri yerdir, lakin barbarlığın keçməsinə icazə verilməməlidir” – deyə o, video bağlantı vasitəsilə İtaliya qanunvericilərinə müraciətində deyib.

“Biz sağ qalmanın son həddindəyik” – deyə, o əlavə edib.

Ukrayna lideri ABŞ, Kanada, Almaniya və İsrail də daxil olmaqla bir sıra digər ölkələrin qanunvericilərinə Rusiya qüvvələri ilə mübarizədə daha çox hərbi yardım istəmək üçün oxşar müraciətlərlə çıxış edib.

Hər iki tərəf atəşkəslə bağlı fikir irəli sürmək üçün video bağlantılar vasitəsilə danışıqlar aparır və Zelenski döyüşlərə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə “istənilən formatda” görüşün zəruriliyində israr etməkdə davam edir.

“İnanıram ki, bu görüş olmadan onların müharibəni dayandırmaq üçün nəyə hazır olduqlarını tam başa düşmək mümkün deyil” deyən Zelenski ruslarla danışıqlarda əldə edilən hər hansı kompromislərin referendumda Ukrayna xalqının qarşısına çıxarılacağını əlavə edib.

Kremlin sözçüsü Dmitri Peskov martın 22-də iddia edib ki, proses “istədiyimizdən çox yavaş və daha predmetsiz” gedir. Peskov əlavə edib ki, danışıqların həssaslığını nəzərə alaraq təfərrüata varıla bilməz.

Zelenskinin çıxışından sonra İtaliyanın baş naziri Mario Draqi Ukraynanı “qəhrəmancasına” müqavimətinə görə tərifləyib və Rusiyanı hərəkətlərinə görə tənqid edib.

“Rusiya hökumətinin təkəbbürü Moskvanın ekspansionist məqsədlərini cilovlamağa və işğalçı orduya böyük bədəl ödəməyə müvəffəq olan Ukrayna xalqının ləyaqəti ilə toqquşdu” - Dragi bildirib.

Son iki həftə ərzində Rusiya Azov dənizində mühüm liman şəhəri olan Mariupolu mühasirəyə almağa cəhd edib. Şəhərə nəzarəti ələ keçirmək ona Moskvanın 2014-cü ildə zəbt etdiyi Krımla Ukraynanın şərqində Kremlin dəstəklədiyi separatçıların nəzarət etdiyi ərazi arasında quru əlaqəsi yarada bilər.

Müharibə başlamazdan əvvəl 400 min əhalisi olan Mariupol sakinləri son iki həftə ərzində su, qida və yanacaq kimi əsas ilkin ehtiyaclardan məhrum olublar.

Rəsmililər Mariupolda azı 2300 nəfərin öldüyünü, onlardan bəzilərinin kütləvi məzarlıqlarda dəfn edildiyini bildirir.

XS
SM
MD
LG