Accessibility links

Zelenski Rusiyanın 33 günlük işğalı zamanı Buçada 1400-dən çox insanın öldürüldüyünü bildirir


Rusiyanın işğalı zamanı Buçada 1400-dən çox insan həlak olub. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski şəhərin azad edilməsinin ildönümü ilə bağlı Telegram kanalında yazıb.

"Buça və Buçanski rayonu. 33 günlük işğal. 37-si uşaq olmaqla 1400-dən çox ölüm. Kütləvi məzarlıqlarda və işgəncə kameralarında 175-dən çox insan tapılıb. 9000 Rusiya hərbi cinayəti. 365 gün və o, yenidən azad Ukrayna şəhəridir. İşğalçı ölkə ordusunun vəhşiliklərinin rəmzi. Biz heç vaxt bağışlamayacağıq. Bütün günahkarları cəzalandıracağıq", o yazıb.

Buça və Buçanski rayonu bir aydan çox müddətdə işğal altında olub. 2022-ci ilin aprel ayının əvvəlində Rusiya hərbçiləri Kyivi əhatə edən ərazilərdən geri çəkilib. Bundan sonra Ukrayna hakimiyyəti və jurnalistlər Buça küçələrində mülki əhalinin ölümləri barədə məlumat yayıblar. Bəzilərinin əl-qolunu bağlayıb başlarına güllə vurublar.

Ölənlərin fotolarını Reuters, UNIAN və AFP yayıb. Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Buçada dinc əhalinin qətlə yetirilməsini Kyivin Rusiyanı gözdən salmaq məqsədilə törətdiyi təxribat adlandırıblar.

XS
SM
MD
LG