Accessibility links

ABŞ Ukraynaya əlavə yardımı elan etdiyi vaxt, Zelenski Almaniyada yüksək rütbəli hərbi liderlərlə görüşüb


Vaşinqtonun Kyivə təhlükəsizlik üçün əlavə 250 milyon dollar yardım edəcəyini elan etməsindən sonra Ukrayna prezidenti Volodimir Zelenski daha çox silah dəstəyinə təzyiq göstərmək məqsədi ilə cümə günü Almaniyada ABŞ-ın yüksək rütbəli hərbi liderləri və 50-dən çox tərəfdaş ölkə ilə görüşüb.

ABŞ-ın müdafiə naziri Lloyd Austin bildirib ki, liderlərin görüşü Ukraynanın Rusiyaya qarşı mübarizəsində dinamik bir məqama təsadüf edir. Belə ki, Ukrayna Donbassda əsas mərkəzin yaxınlığında Rusiya qüvvələrinin əhəmiyyətli təhlükəsi ilə üzləşərkən müharibənin ilk hücum əməliyyatlarını həyata keçirir.

Kursk yaxınlığında Rusiya ərazisinə gözlənilməz hücum hələ ki prezident Vladimir Putininin diqqətini Ukrayna ordusunu əsas dəmir yolu və təchizat xətləri ilə təmin edən Pokrovsk şəhərini ələ keçirməkdən yayındırmayıb. Pokrovskun itirilməsi Ukraynanın əlavə şəhərlərini risk qarşısında qoya bilər.

Austin "Ukrayna Müdafiə Təmas Qrupu"nun iclası öncəsi mediaya verdiyi açıqlamasında deyib ki, Kursk Rusiyanı özünümüdafiəyə keçməsinə məcbur etsə də, "biz Putinin qəzəbinin dərin olduğunu bilirik". Austin Moskvanın xüsusilə Pokrovsk ətrafında təzyiq göstərdiyini bildirib.

Rusiyanın son ölümcül hava hücumları səbəbilə Zelenski ABŞ-a məhdudiyyətləri daha da yumşaltmaq və Rusiya daxilinə daha dərinlərə zərbələr endirmək üçün Qərbin daha böyük imkanlarını əldə etməklə bağlı çağırışlarını təzələyib.

Austin Qərb tərəfdaşlarının Ukrayna ilə onun Sovet dövründən qalma "S-300" hava hücumundan müdafiə sistemlərini yeni raketlərlə əvəzetmək üçün işlədiyini bildirib.

2022-ci ildən bəri üzv ölkələr birlikdə Ukraynaya təhlükəsizliyini təmin etmək üçün təxminən 106 milyard dollar yardım edib. Bu məbləğin 56 milyard dollarından çoxu ABŞ-a aiddir.

Almaniya hökuməti kansler Olaf Şoltsun Zelenski ilə cümə günü günortadan sonra Frankfurtda görüşməyi planlaşdırdığını bildirib.

Forum

XS
SM
MD
LG